Milli Məclisin Aparat rəhbərliyi təltif edildi

09:00 23.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisin inzibati vəzifələr tutan bir neçə dövlət qulluqçusuna ixtisas dərəcələri təqdim edilib.


Hafta.az
-ın əldə etdiyi məlumata görə, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyevə həqiqi dövlət müşaviri ixtisas dərəcəsi, parlament Katibliyinin rəisi Teymur Tağıyevə və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə 3-cü dərəcəli dövlət müşaviri dərəcəsi verilib.

Qeyd edək ki, inzibati vəzifələr tutan bir qrup dövlət qulluqçusuna ixtisas dərəcələrinin verilməsi haqqında prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.